ArxivXəbər lentiXəbərlər
Bakıda İranın müasir şairlərinin əsərlərindən ibarət kitab nəşr edilib

İran İslam Respublikasının müasir şairlərinin 31 şer əsəri “Dostun evi haradadır?” adlı kitab formasında Azərbaycan türkcəsində nəşr edilib.
İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, İİR-in Azərbaycan Respublikasındakı mədəniyyət ataşesi Əsğər Farsi bu xəbəri verərək deyib: Bu kitabda Nima Yuşic, Sohrab Sepehri və Qeysər Əminpur kimi müasir şairlərin şerləri Azərbaycan Yazıçılar Birliyinin nəşriyyatının əməkdaşlığı ilə çap edilib və İran ədəbiyyatı ilə maraqlananların ixtiyarına verilib.
Farsi deyib: Bu təşəbbüsdə məqsəd İranın müasir ədəbiyyatı ilə maraqlananları İranda ictimai, siyasi prossesi özündə əks etdirən əsərlərlə tanış etməkdən ibarət olub.