Ağdam rayonundan köçkün vətəndaş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasının qarşısında özünü yandıracağı ilə hədələyib

Hadisə yerinə toplaşan adamların dediklərinə görə, həmin şəxs onun mənzillə təmin olunması məsələsində Dövlət Komitəsinin məmurlarının süründürməçiliyinə etiraz edib.
Müşfiq adlı şəxs Ağdam rayonundandır.
O, reklam lövhəsinə qalxdıqdan sonra məmurlar gələrək onu aşağı enməyə razı salmağa başlayıblar və söz veriblər ki, rəhbərlik onu qəbul edəcək.
Amma məmurların və polis əməkdaşlarının səylərinə baxmayaraq, vətəndaş aşağı enməyib.
Hadisə yerinə gələn mülki geyimli, hündürboylu atletik vücudlu şəxs (görünür, xüsusi təyinatlı bölmənin əməkdaşı olub) cəld reklam lövhəsinə qalxaraq qaçqının əlindən benzin şüşəsini alıb və onu sakitləşdirməyə başlayıb.
Daha sonra polis əməkdaşı lövhəyə qalxaraq qaçqının əsəbilərini sakitləşdirmək üçün ona su verib.
Bundan sonra qaçqını aşağı endiriblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən şərh almaq mümkün olmayıb.