ArxivXəbər lentiXəbərlər

Bakıda “Kərbəla” filminin təqdimatı keçirilib (FOTO)

Bu gün Bakıda “Salam Aleykum” restoranında tanınmış Əhli-beyt məddahı Aqşin Fatehin “Kərbəla” filminin təqdimatı keçirilib.

SalamNews İnterAz-a istinadla xəbər verir ki, Aqşin Fatehin ideya müəllifi olduğu və rejissorlar Faiq Kərimoğlu, Ramin Asimoğlunun çəkdiyi “Kərbəla” filmində əsas rollarda Rasim Balayev, Şamil Süleymanov, Təvəkkül Əliyev, Böyükxanım Əliyeva, Cavid Aydınov, Şəhriyar Məcidi, Aqşin Fateh və digərləri çıxış edir.

26 dəqiqə davam edən filmdə İmam Hüseynin (ə) Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin (ə) şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır.

Təqdimat mərasimində filmin yaradıcı heyəti, media və ictimaiyyət nümayəndələri iştirak edib.

– See more at: http://salamnews.org/az/news/read/194474#sthash.lYFA6pUR.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button