ArxivXəbər lentiXəbərlər

Bakıda növbəti “Quran Gecəsi” keçirilib – FOTOLAR

Bakıda Hacı Cavad məscidində növbəti “Quran Gecəsi” baş tutub. Mərasimdə tanınmış quran qariləri o cümlədən ilahiyyatçı alimlər, ziyalılar, inanclı insanlar iştirak ediblər

Birlik.az-ın İslamaz.com-a istinadən məlumatına görə, mərasimdə əvvəlcə məscidin axundu ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov çıxış edib. Bildirib ki, artıq “Hacı Cavad” məscidində belə bir tədbirin keçirilməsi ənənə halını alıb. Bu günlər həmçinin dünya müsəlmanları İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud gününü qeyd edirlər.

Xanım Zeynəb çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olub. Zeynəb ərəb dilində “atasının zinəti” deməkdir.

Daha sonra Quran qarilar müxtəlif sürələrdən Quran oxuyublar. Məclis ehsan süfrəsinin verilməsi ilə başa çatıb.

  350_thumb 351_thumb 352_thumb 353_thumb 354_thumb 355_thumb 356_thumb 357_thumb 358_thumb 359_thumb 361_thumb 362_thumb 363_thumb 364_thumb 365_thumb 366_thumb 367_thumb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button