ArxivXəbər lentiXəbərlər

Bakıda “Novruz sülh və dostluq səfiri” adlı rəsm əsərləri sərgisi keçirilib

Bazar ertəsi günü axşam Bakıda İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin Akt Salonunda “Novruz sülh və dostluq səfiri” adlı rəsm əsərləri sərgisi keçirilib.

IRNA-nın məlumatına görə, sərgi İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən və Azərbaycan Respublikasının Rəssamlar İttifaqının əməkdaşlığı ilə təşkil olunuib və onda müxtəlif yaş qruplarından olan rəssamların 150-dən çox əsəri nümayiş etdirilibdir.

İran Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi bu sərginin keçirilməsində məqsədi, novruzun adət və ənənələri və təzahürlərini iki ölkə xalqlarının ortaq mədəni irsi kimi göstərmək adlandıraraq, əlavə edib: Bu proqramların keçirilməsi əlaqələrin və iki ölkənin mədəniyyət və incəsənət anlaşmasının güclənməsinə kömək edəcək.

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzi son illərdə iki dost və qonşu ölkənin xalqlarının mədəniyyət və incəsənətlərini təqdim etmək baxımından çox fəal olub və bu sərgi də həmin əməkdaşlığın bariz nümunəsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button