ArxivIslamXəbər lentiXəbərlər

Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

Sabah, rəcəb ayının üçü, Əziz İslam Peyğəmbəri(s.ə.s)-in pak övladlarından olan, şiələrin onuncu imamı, Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür.

Şiələrin onuncu imamı 212-ci hicri qəməri ilində Mədinə şəhərinin yaxınlığında dünyaya göz açdı.

O həzrət böyük atası İmam Cavad(ə)-ın rehlətindən sonra imamlığı və islami cameənin rəhbərliyini öz üzərinə götürdü.

Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın məşhur ləqəblərindən olan Hadi hidayət edən mənasındadır.

Şiələrin onuncu imamı müxtəlif dini, fikri və ya ictimai məsələlər barədə çoxlu sayda iclaslar keçirir və bu iclaslarda irəli sürülən sual və şübhələri cavablandırırdı.

Bir tərəfdən, İmam Hadi(ə)-ın geniş elm və biliyi, digər tərəfdən də o həzrətin xalq arasındakı böyük cazibədarlığı və sevimliliyi Abbasi hökmranlarının paxıllığı və küdurətinə səbəb oldu və nəhayət bir fitnə əsasında o həzrət şəhid edildi.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü gününün gəlib çatması münasibətilə Paklıq Əhli-Beyti(ə)-ın bütün vurğunlarına başsağlığı verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button