Nigeriya xalqı paytaxt Abucada Şeyx Zəkzəkinin azad olunması tələbi ilə etiraz aksiyalarını davam etdirir.
Deyerler.org xəbər verir ki, aprelin 16-sı paytaxt Abucanın Qarki rayonundakı Cümə məscində qılınan cümə namazından sonra küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.