ArxivIslamXəbər lentiXəbərlər
Bakıda Qədr gecəsi – FOTO

Bu gecə Ramazan ayının 19-cu gecəsi idi. Yəni, Qədr gecəsi. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərim məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub.
Lakin Qədr gecəsinin dəqiq hansı gecə olması mübahisəlidir. Bu səbəbdən Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecəsi kimi qeyd olunur. Bu gecələrdə səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Qədr gecəsi ilə bağlı Bakının müxtəlif məscidlərində məclislər keçirilib.
















