Noyabrın 11-də Bakıda COP29-un keçirildiyi məkanda dünyanın müxtəlif ölkələrindən olan bir qrup könüllü, Qəzzədəki fələstinlilərə dəstək məqsədi ilə aksiya keçirib.
Aksiya iştirakçıları məqsədlərinin dünyanın diqqətini Qəzzədə mülki vətəndaşların həlak olmasına cəlb etmək olduğunu bildiriblər.