ArxivXəbər lentiXəbərlər

Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu

Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.
Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri “20 Yanvar” stansiyası yaxınlığında, üzü Tbilisi prospekti istiqamətində yolu bağlayıblar.
Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.
Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.
Hadisə ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanıb.
Qurumdan bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.
Daha sonra yol açılıb.
Bu barədə Yasamal rayon İcra Hakimiyyətindən bildirilib.
“Problem həll edilib. Bu məsələnin bizim qurumla bağlılığı yoxdur”, – deyə bildirilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən bildirilib ki, yolu bağlayan vətəndaşlar artıq yolu açıblar. Vətəndaşlar məcburi köçkündürlər. Onların məişət problemləri olduğu üçün yolu bağlamaq qərarına gəliblər.
“Hazırda yolu bağlayan vətəndaşlar “Qaçqınkom”dadırlar. Onların problemləri araşdırılır və məsələ həll ediləcək”, – deyə bölmədən bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button