ArxivXəbər lentiXəbərlər
Bakıda “Qarabağda və işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi və mədəni irsi” adlı mətbuat konfransı keçirilib

Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağda və işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi və mədəni irsi” adlı mətbuat konfransı keçirilib.
“Mərhəmət” cəmiyyətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu mətbuat konfransında tanınmış mədəniyyət xadimləri və siyasətçilər iştirak ediblər.
Konfransda çıxış edənlər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində 600-dən çox tarixi və mədəni irsinin o cümlədən 10 məscid, 22 muzey və muzeylərdə olan 40 milyondan çox eksponatın işğalçılıq nəticəsində məhv olduğunu bildiriblər.