ArxivXəbər lentiXəbərlər
Bakıda ümumxalq Qarabağ mitinqi keçirildi – FOTO

Bu gün ictimai və siyasi qurumların təmsilçilərindən ibarət Qarabağ Komitəsi, “Qarabağa azadlıq!” şüarı ilə “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda mitinq keçirib. Mitinqə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) icazə verib.
Faktxeber.com məlumat verir ki, mitinqdə yüzlərlə insan, o cümlədən ictimai-siyasi xadimlər iştirak edib. Mitinq iştirakçıları “Qarabağa Azadlıq” və digər şüarlar səsləndiriblər.