ArxivXəbər lentiXəbərlər
İranın qeyri-neft ixracatı 14.7 % artıb

İranın sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Hüsrəvtac cari ilin ilk 4 ayında qeyri-neft ixracatında 14.7 % artım qeydə alındığını açıqlayıb.
İranın sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Hüsrəvtac cari ilin ilk 4 ayında qeyri-neft ixracatında 14.7 % artım qeydə alındığını açıqlayıb.
İslamazeri.com xəbər verir ki, mətbuat konfransı keçirən nazir müavini Hüsrəvtac gömrük məlumatlarına görə, İranın ixracatının dəyər baxımından 14.7 % artım göstərdiyini bildirib.
Hüsrəvtac buna görə cari ilin ilk 4 ayında qeyri-neft ixracının dəyərinin 9.7 milyard dollar səviyyəsində olduğunu ifadə edib.
Nazir müavini kimyəvi məhsulların ixracında artım həcminin də 30 % olduğunu qeyd edib.