“Kral” şirkətinin və İçərişəhər “Cümə” məscidinin birgə təşkilatçılığı ilə Mövlud günü – Məhəmməd peyğəmbərin (s) doğum günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Qurandan ayələrin oxunması və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi hacı Surxay Məmmədli, Kral şirkətinin prezidenti Yavuz Həsənov, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı və başqaları çıxış edərək bildiriblər ki, Mövlud bayramı insanları əməli salehliyə, xoşxasiyyətliliyə və gözəl əxlaqa çağırır.
Sonda tədbir iştirakçılarına müqəddəs Quran kitabı hədiyyə edilib, 2 nəfərin Kral şirkəti tərəfindən Məşəd ziyarətinə göndəriləcəyi elan edilib və Əhli-beyt qrupunun səsləndirmələri dinlənilib
Bakıda Vəhdət həftəsi: İslam Peyğəmbərinin və İmam Sadiqin Mövlud mərasimi keçirilib – FOTOLAR