ArxivXəbər lentiXəbərlər
Müsavat və AXCP-nin Lənkəran sədrləri saxlanıldı

Nazim Həsənli və İman Əliyev polis tərəfindən saxlanılıb
Yanvarın 12-də, axşam saatlarında Lənkəran Polis Şöbəsinin dörd əməkdaşı AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənlini saxlayaraq şöbəyə aparıblar. Bu barədə məlumatı Azadlıq.info saytı yayıb. Məlumatda bildirilir ki, şöbə sədrinin polis tərəfindən saxlanmasına ilkin səbəb kimi bu gün Lənkəranda baş verən etiraz aksiyasıyı göstərilir. Hazırda Nazim Həsənli haqda heç bir məlumat yoxdur.
Müsavatın Lənkəran şəhər təşkilatının sədri İman Əliyevin saxlanılması haqda məlumat yayılıb. Bu haqda Bastaninfo.com saytı məluat verir. Məlumata görə, o, hazırda Lənkəran şəhər Polis İdarəsindədir.
Sayta məlumat verən mənbə bildirib ki, İman Əliyevin saxlanmasının səbəbi onun yanvarın 12-də Liman qəsəbəsində keçirilən aksiya haqqında “Bastainfo”-ya məlumat verməsidir. Yanvarın 12-də Lənkəranın Liman qəsəbəsinin sakinləri bahalaşma əleyhinə aksiya keçirib. Qəsəbənin və qonşu kəndlərin bir qrup sakini Bakı-Astara yolunu bağlayıblar. Sakinlər bahalaşmaya və işsizliyə etiraz ediblər. (meydantv)