ArxivXəbərlər

Bakıda vaxti ilə bir-birinə qarşı savaşan həm türk həm də ingilis əsgərlərinə abidə ucaldılıb

Azərbaycan Respublikasında Türkiyəni təbliğ edən bir partiya 1918-ci ildə hücumçu Türklərin qoşununun Bakıda yerləşməsinin ildönümü gününü Bakının şəhidlər xiyabanında qeyd edib.

    

bu təəcüb doğuran hərəkətdə Türkiyyəçi meylləri bəlli olan və son günlərdə ANS televiziyasından onun Türkiyə nurçuları ilə əlaqəsi ifşa edilmiş deputat və Böyük Qurtuluş Partiyasının sədri Fazil Müstafa hücumçu Türk hərbçilərini müdafiə edib və onları “qafqaz islam ordusu” adlandırıb.
Mərasimdə Fazil Müstafa hücumçu türk qoşununu Azərbaycanın xilaskarı kimi təqdim edərək deyib: Xilaskar türk əskərləri 1918-ci ildə Azərbaycana mayın 20-dən sonrakı günlərdə gəlib, ona görə də hər ilin 25 may tarixini ziyarət üçün məqbul bir gün olaraq seçmişik.
Qeyd edək ki, 1918-ci ildə birinci dünya müharibəsi zamanı neft ehtiyatlarına malik olduğuna görə Bakı, qarşı-qarşıya duran iki tərəf qoşunları vasitəsi ilə işğal olundu. Bir tərəfdən İngiltərə hərbçiləri Bakı neftini ələ keçirmək üçün bu şəhərə hücum etdilər, digər tərəfdən isə belşiviklərlə birgə İngiltərə ilə müharibədə olan türk qoşunları Bakıya daxil oldular.
Sonralar Belşviklər və türklər Bakı üzərində sövdələşdilər və türklər razılaşdılar ki, Çarların iki milyon manatlıq cəvahiratları qarşılığında həm də belşvik hökumətinin Qars və indiki Türkiyənin bəzi başqa ərazilərindən vaz keçməsi müqabilində indiki Azərbaycan Respublikasını belşivik hökumət müqabilində boşaltmaq və nəhayət 1920-ci ilin axırlarında qızıl ordunun bu respublikada yerləşməsi ilə razılaşdılar.
Maraqlıdır ki, bu gün Bakıda şəhidlər xiyabanının yanında vaxti ilə bir-birinə qarşı savaşan həm türk həm də ingilis əsgərlərinə abidə ucaldılmışdır./paytaxt.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button