ArxivXəbər lentiXəbərlər
Bakıda Xanım Fatimənin (s.ə) şəhadəti ilə bağlı mərasimlər keçirilir (FOTOLENT)

Bakının bir sıra məscidlərində, o cümlədən kəndlərində İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) şəhadət günü ilə bağlı müxtəlif mərasimlər keçirilir.
SalamNews-un məlumatına görə, mərasimlərə yüzlərlə inanclı qatılır. Mərasimlərdə Xanım Fatimənin (s.ə) həyatı haqqında geniş məlumat verilir. Qeyd olunur ki, Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur.