ArxivXəbər lentiXəbərlər
Bakıda yaşayan iranlıların Hüseyn əzadarlığı mərasimi

Dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı davamçılarının əzadarlıq mərasimi məhərrəm ayı günlərində hər gecə Azərbaycan Respublikasında yaşayan iranlıların və Əhli-Beyt(ə) sevərlərinin iştirakı ilə Bakı şəhərindəki Əhli-Beyt(ə) hüseyniyyəsində keçirilir.
Bu günlərdə Əhli-Beyt(ə) vurğunları həmin məkanlarda olub, əzadarlıq mərasimləri keçirərək, Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-a və o həzrətin vəfalı davamçılarına olan eşq və hörmətlərini ifadə edirlər.
Azərbaycan Respublikasının xalqı bu günlərdə habelə əzadarlıq və sinəvurma dəstələri təşkil edərək, İmam Hüseyn(ə) məktəbinə olan hörmətini nümayiş etdirir.