Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atıb
Prokurorluq orqanlarından iyulun 26-da verilən xəbərə görə, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan 19 yaşlı Kamran İsmayılov özünü həmin evin 16-cı mərtəbəsindən ataraq intihar edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.