Bakıya 650 min manatlıq, 6 təkərli Gelandewagen gətirilib + Foto
Brabus-un üzərində işlədiyi “əjdaha” yüksək keçimli hərbi avtomobilin bazasında yaradılıb.
Bakıda Mercedes-Benz Brabus B63S 700 6×6 avtomobili gətirilib. yüksək keçimli avtomobili Azərbaycana Bakıda bahalı maşınların satışı ilə məşğul olan “SABA CARS” şirkəti gətirib. Avtomobilin təkərlərinin diametri 94 sm, klirensi isə 46 sm təşkil edir və bu, 1 metrdən hündür maneəni aşmağa imkan verir.
Mercedes-Benz Brabus B63S 700 6×6 altıtəkərli əjdaha Mercedes G63 AMG 6×6 (536 a.g.) avtomobil 690 at gücünədək artırılmış V8 turbo-dizeli ilə təchiz edilib. Avtomobil 100 km/s sürəti 7,4 saniyəyə yığır. Şinləri böyük olduğu üçün istehsalçılar avtomobilin maksimal sürətini 160 km/s-dək azaldıblar. Hazırda şirkətin rəsmi nümayəndələri avtomobilin satış qiymətini açıqlamayıblar. Lakin əldə etdiyimiz məlumatlara görə, istehsalçı bu avtomobili təxminən 615 min avroya, yəni, 650 min Azərbaycan manatına satır.