Aktual

“Bakıya Milli Şura qərar verəndə gələcəm”

Rüstəm İbrahimbəyov avqustun 1-də Moskvaya dönür

“Tiflis bizim sevdiyimiz şəhərlər sırasında ona görə var ki, buradan Azərbaycanın inqilabi hərəkatı başlayıb. Yəni bu, bir ənənədir. Ona görə də Milli Şuranın 100 ildən sonra yenidən Tiflisdə toplaşması olduqca əsaslıdır”“…

Vətəndaşlıqla bağlı sənədlərim hələlik qaydasında olmadığı üçün mən avqustun 1-də Moskvaya dönməliyəm. Milli Şura nə zaman mənim Bakıya gəlməyim haqqında qərar qəbul etsə, Azərbaycana onda gələcəm”. Bu sözləri Milli Şuranın Tiflis görüşündən sonra qurumun sədri Rüstəm İbrahimbəyov mediaya açıqlamasında deyib.Onun sözlərinə görə, Rusiya vətəndaşlığından imtinası məsələsinə yaxın zamanlarda baxılacaq: “İndi vəziyyət elədir ki, mən Bakıya getsəm, durum heç də bizim xeyrimizə olmayacaq. Ona görə də biz bu məsələni işlər bizim xeyrimizə olana qədər yubadırıq. Milli Şuradakı dostlarım mənim indiki halda Bakıya gəlişimi qətiyyən istəmir. Ona görə də mən uyğun vaxta qədər gözləyəcəyəm”.“Milli Şuranın nədən Bakıda, İstanbulda deyil, məhz Tiflisdə toplanması haqqında qərar verildi”, – sualını isə İbrahimbəyov belə cavablandırıb: “Bakıya gedişimlə bağlı durumu izah etdim. Tiflisi seçməyimə gəlincə, biz Gürcüstan kinematoqrafları ilə film çəkməyi planlaşdırırdıq. Yəni onsuz da mən Tiflisə gələcəkdim.
Ancaq ən önəmlisi Azərbaycanın ilk Milli Şurası burada toplanaraq önəmli qərarlar veriblər. Yəni Tiflis bizim sevdiyimiz şəhərlər sırasında ona görə var ki, buradan Azərbaycanın inqilabi hərəkatı başlayıb. Yəni bu, bir ənənədir. Ona görə də Milli Şuranın 100 ildən sonra yenidən Tiflisdə toplaşması olduqca əsaslıdır”.Bu məsələnin rəsmi Tiflislə Bakı arasında hər hansı problem yaradacağı isə Rüstəm İbrahimbəyova görə az ehtimal olunandı: “Biz burada seçki haqqında danışırıq. Gürcüstanda isə seçki Azərbaycandakından fərqli olaraq heç də qorxulu bir məsələ deyil. Heç bir qanunsuz məsələdən danışmadığımıza görə, problemin olacagını da düşünmürəm”.“Seçkilərdə şansınızı necə qiymətləndirirsiniz” sualına cavabında R. İbrahimbəyov deyib ki, xalq bu seçkidə mütləq dəyişiklik istəyir ona görə də şansı böyükdür: “Azərbaycan xalqı öz hakimiyyətini qurmağa layiq, azad, ədalətli seçki keçirə biləcək bir xalqdır. Ancaq hakimiyyət hər dəfə seçkini saxtalaşdıraraq onun hüququnu tapdalayır. Biz çalışacağıq ki, bu hüququ xalqa qaytaraq”.Seçkidə iştirakı mümkün olmasa, Milli Şuranın planlarına gəlincə, sədr deyib ki, əgər seçkidə iştirakı sonadək əngəllənsə, Azərbaycandakı qanunsuzluqlarla mübarizəsini davam etdirəcək: “Milli Şura yalnız seçki ilə bağlı deyil. Biz Azərbaycanda korripsiyaya, rüşvətə, ümumiyyətlə bu gün baş verən bütün haqsızlıqlara qarşı mübarizə aparırıq. Ona görə əgər seçkidə iştirakımız mümkün olmasa, digər sahələr üzrə fəaliyyətimiz davam etdirəcəyik”.Bunları konfransda iştirak edən və hazırda Tiflisdə olan əməkdaşımız Aygün Muradxanlı yazıb.

Turan agentliyi isə yazır ki, Milli Şura qərar verib ki, İbrahimbəyovun dönüş vaxını təşkilat müəyyən etsin. Agentliyin yaydığı xəbərdə deyilir:“Müşavirə iştirakçıları Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina ilə bağlı prosesin sürətləndirilməsi üçün vacib olan addımları müzakirə etmişdir.Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texiniki təşkilatı sahədə hazırlıq işləri, eyni zamanda, ictimai və beynəlxalq rəyin hazırlanması sahəsində aparılan iş tamamlanmadığından;-Vətəndaşlıqdan imtina edilməsi ilə bağlı Rusiya qanunvericiliyində nəzərdə tutlduğu kimi, şəxsən iştirakı tələb olunduğundan müşavirə iştirakçıları Rüstəm İbrahimbəyovun 31 iyul 2013-cü il tarixdə Bakıya dönüşünü məqsədəuyğun hesab etməmişdir. Eyni zamanda, Rüstəm İbrahimbəyovun Bakıya dönüşünün Milli Şuranın qərarı ilə olması məqsədəuyğun sayılmışdır.Müşavirədə həmçinin Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasında qeydə alınması üçün zəruri addımlar barədə fikir mübadiləsi aparılmışdır.Milli Şuranın əsasnaməsinə uyğun olaraq qurumun komissiya sədrlərinin və partiya təmsilçilərinin, icra aparatının və seçki qərargahı rəhbərlərinin iştirakı ilə Məşvərət Şurasının yaradılması sədrə tövsiyyə olunub.Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi üçün RF prezidenti V. Putinə müraciət edilməsi də məqsədəuyğun hesab edilib.Müşavirədə noyabrda Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ərəfəsində Azərbaycan hökumətindən prezident seçkilərinin demokratikliyinə təminat verilməsi ilə bağlı səylər göstərilməsi üçün AB-yə müraciət olunması da qərarlaşdırılıb.Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkidə sərbəst iştirakı ilə bağlı ABŞ Konqresinə və Dövlət Departamentinə müraciət məqsədəuyun sayılıb.Müşavirədə həmçinin MŞ-nin işinin gücləndirilməsi də zəruri hesab edilib”.
Musavat.com

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button