ArxivXəbər lentiXəbərlər

Banklar və dəm qazı əhalini öldürür-DEPUTAT

Millət vəkili Elmira Axundova hökumətin hesabatındakı çıxışında əhalinin bank sektoruna inamsılığından danışıb: “İnsanlar banklarla üz –üzə qaldılar. Nəticədə intihar edənlər də oldu. Məndə olan məlumata görə, daha bir neçə bankın birləşdirilməsi gözlənilir. Tələb təklifi üstələyir. Amma sahibkarlar bankdan kredit götürməyə risk etmir.

Bundan əlavə, səhiyyə ilə bağlı demək istəyirəm ki, dövlət tərəfindən dərman preparatlarının qiyməti aşağı düşdükdən bir sıra orijinal, yüksək keyfiyyətli xaricdən gələn dərmanlar yoxa çıxdı və onları tapmaq mümkünsüz oldu. Bəzən ən sıravi məhsulu belə tapa bilmirsən. Bunun üçün nazirin burada olmağından istifadə edərək bu məsələnin araşdırılmasını təklif edirəm”.
O, daha sonra dəm qazından zəhərlənərək ölənlərin statistikasının günbəgün artdığını bildirib: “Təkif edirəm ki, “Azəriqaz” qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın”.

Elmira Axundovanın dəm qazı ilə bağlı narahatlığına Valeh Ələsgərov reaksiya verib . O qeyd edib ki, dədə-babadan evlərdə odun da yandıranda mütləq baca qoyulurmuş zəhərli maddə evdən çıxsın: “Zəhərlənmə halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur. Əgər kimsə də cihaz qoymaq istəyirsə özü alsın qoysun, “Azəriqaz” bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır, ya yox?”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button