ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Bankların dollara tələbi rekord həddə çatıb

Fevralın 13-də Azərbaycan Mərkəzi Bankı ABŞ dollarına tələbin ciddi artımı ilə yadda qalan sonuncu valyuta hərracı keçirib. Bankların ABŞ valyutası tələbi rekord məbləğdə 151,1 milyon dollar təşkil edib. Bu, fevralın 8-dəki hərracdakından 2,5 dəfə çoxdur. Onda 61,4 milyon dollarlıq sifarişlər qeydə alınmışdı.
Təkcə bu ayın ilk 13 günündə hərracda cəmi 370,9 milyon dollar əl dəyişdirib.
İqtisadçı, deputat Vüqar Bayramov bu artımın əhəmiyyətini vurğulayaraq deyib ki, bugünkü ciddi tələb valyuta bazarında dollardan asılılığın artması istiqamətində davamlı tendensiyanın olduğunu göstərir.
“Valyuta dəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir. Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq aktiv valyuta dəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1.70 müəyyənləşdiriblər”.
