Hicablı tələbəyə inanılmaz təhdid

Hadisə, Sentyabrın 17- sində Türkiyənin ən yaxşı universitetlərindən biri olan İstanbul Yıldız Texniki Universitetində baş verib.
Türkiyədə universitetlərin birində hicablı tələbəyə qarşı inanılmaz bir təhdid edilib. Hadisə, Sentyabrın 17- sində Türkiyənin ən yaxşı universitetlərindən biri olan İstanbul Yıldız Texniki Universitetində baş verib. Xəbərə görə, kompüter müəllimliyi hissəsində təhsil alan Əlif, dərsə manto ilə daxil olub. Dərsin sonunda fənn müəllimi Davud.H, Əlifi manto ilə dərsdə iştirak etdiyi üçün dərsə buraxmamaqla təhdid edib.
Dosent Davud. H təhdidinə bu sözlərlə davam edib: “Ya sən bu dərsdən çıxarsan, ya da mən səni bu dərsdən çıxardaram. Sizə hicabla gəlməkdə sərbəstlik verdik deyə ağın çıxartdınız, başqa bağlı yoldaşların da var. Onlar kimi rəngli geyin. Bu cür qara manto geyinməyəcəksən.”
Bu sözlərindən sonra Əlif, müəlliminin yanından ağlayaraq çıxıb.. Belə bir təhdidə məruz qalan Əlif yaşadığı bu kədərli hadisəni rəhbərliyə bildirib. Rəhbərlik, müəllimin daha əvvəllərdə başqa hicablı şagirdləri sırf hicablı olduğu üçün dərsdə buraxmamaqla təhdid etdiyini və ən qısa zamanda bu hadisəni araşdıracaqlarını deyib.
Həmin müəllimin daha əvvəllər də hicablı tələbələrə qarşı bu cür davrandığı və tələbələrin dərsdən qalmamaq üçün heç kimə şikayət edə bilmədiyi ortaya çıxıb.
nardaranpiri