AktualAktualArxivSosialXəbər lentiXəbərlər

400 manat cərimələnən Siyavuş Novruz istefa verdi

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini bu partiyanın sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini partiyanın sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Azərbaycan Respublikası xəbər mənbələri bildiriblər: YAP icra katibinin müavini Siyavuş Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak edib.

Novruzov xüsusi karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə 400 manat məbləğində cərimə olunub. Həmçinin karantin qanunlarına etinasız yanaşdığına görə ona YAP tərəfindən töhmət elan edilib.

  1. Novruzov hal-hazırda Milli Məclisin deputatı, ictimai birliklər və dini qurumlar komissiyasının sədridir.

AMEA-nın hazırkı prezidenti və Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsi üçün toy mərasimi keçirməsi bu ölkədə koronavirusa görə karantin qanunları tətbiq edildiyi bir şəraitdə baş tutmuşdur. Ona görə də bu məsələ ötən bir neçə gündə KİV və sosial şəbəkələrin ən isti mövzusuna çevrilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button