ArxivXəbər lentiXəbərlər

Ceyms Uorlik: “Münaqişənin həlli üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyac var”

ATƏT-in Minsk Qrupunun həmsədrləri payızda bölgəyə səfər etməyi planlaşdırırlar.

Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məlumat verib. O bildirib ki, hələlik səfərin dəqiq tarixi məlum deyil. “Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərini BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclası zamanı bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirik. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var”, – deyə səfir qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button