ArxivIslamXəbər lentiXəbərlər
Moskvada “Məhəmməd (s) Allahın elçisi” filmi nümayiş olunacaq

Rusiyanın payxtı Moskvada, 18 noyabrdan etibarən yerli kinoteatrlarda iranlı rejissor Məcid Məcidinin ərsəyə gətirdiyi “Məhəmməd (s) Allahın elçisi” filmi nümayiş olunacaq.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Rusiyada bu filmə böyük maraq yaranıb. Bu film İran kinematoqrafiyasının ən bahalı kino layihəsidir. Bu filmin çəkilişinə nə az nə çox 8 il sərf olunub.
Bu filmin çəkilişinə rəsmi məlumatlara əsasən 22 milyon, qeyri-rəsmi informasiyalara əsasən isə 50 milyon dollar xərclənib.