ArxivXəbər lentiXəbərlər

BDU və Şəhid Mədəni Universitetləri arasında memorandum izmalandıq

Bakı Dövlət Universiteti(BDU) ilə Azərbaycanın Şəhid Mədəni Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb.

BDU-nun rektoru Abel Məhərrəmov ilə Şəhid Mədəni Universitetinin rektoru Həsən Vəlizadə arasında imzalanan bu əməkdaşlıq sənədi aspirantura və doktorantura dərəcələri üzrə elmi tədqiqatçıların mübadilə edilməsini, birgə elmi araşdırmaların həyata keçirilməsini, universitet müəllimləri və alimləri arasında elmi mübadilələrin aparılması, müştərək elmi seminarlar və konfransların keçirilməsini əhatə edir.

Bu görüşdə Həsən Vəlizadə və Abel Məhərrəmov elm, təhsil, fars dili və ədəbiyyatının tədrisi, kadrların yetişdirilməsi və iki universitetin nano texnologiyası sahəsində əməkdaşlıq etməsi məsələlərini müzakirə ediblər.

Azərbaycanın Şəhid Mədəni Universitetinin rektoru Hüseyn Vəlizadə Azərbaycanın ən qədim universitetinidə olmasından razılıq edərək, bu görüşü mühüm dəyərləndirib və deyib: Bu görüş iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıqların genişləndirilməsinə müsbət təsir edəcək.

Görüşün sonunda iranlı heyət BDU-nun laboratoriyalarına və digər bölmələrinə baxış keçiriblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button