ArxivFatimi yaşayişIslammədəniyyatXəbər lentiXəbərlər
“Beynəlxalq İmam Rza (ə) festivalının” kompleks elektron bazası yaradılır

“Beynəlxalq İmam Rza (ə) festivalının” kompleks elektron bazası yaradılır.
Maide.Az xəbər verir ki, bunu İmam Rza (ə) adına beynəlxalq Mədəniyyət Fondun rəhbərinin ali müşaviri Seyid Calal Fəyyazi deyib.
C.Fəyyazi deyib ki, hazırda 17 dövr keçirilən festivala təqdim olunmuş əsərlərin toplanması və elektronlaşması prosesi gedir. “Müxtəlif sahələr o cümlədən dastan, səs, musiqi, araşdırma və s. əsərlər toplanaraq kompleks şəkildə elektron bazaya yerləşdiriləcək.”
Elektron bazada həmçinin İmam Rza (ə) haqqında yazılmış müxtəlif dissertasiya işləri, kitablar, yazılar, məqalələr və fotolar da yer alacaq.
O deyib ki, elektron bazanın lazimi proqram təminatı üçün aidiyyatı şirkətlə müqavilə imzalanıb. “Gələn il elektron bazanın yaradılması üçün işlərə başlanacaq və yaxın iki ildə bu baza xalqın istifadəsinə verilməsi proqnozlaşdırılır”.
Onun sözlərinə görə, hələlik elektron baza fars dilində fəaliyyətə başlaycaq və daha sonra müxtəlif xalqların bu əsərlərdən istifadəsini təmin etmək üçün elektron bazanın ingilis, ərəb, urdu və digər dillərə də tərcümə olunması nəzərdə tutulub.