Bu gün Azərbaycanda 200-dən çox inanclı məhbus var. Bu məhbusların ailələrində böyüyən uşaqların ata yolu gözləyən gözlərində dərin bir kədər yuva qurub. Onlar nə qədər oynasalar da, şənlənsələr də baxışlarındakı nisgil körpə qəlbələrinə çəkilən dağın acısını əks etdirir.
Qafqaz.ir- Azərbaycanda azyaşlılar üçün heç bir xüsusi imtiyazın olmadığını nəzərə alsaq başçıları şərlənərək həbs edilən ailələrdə böyüyən uşaqların Allahın və insanlığını itirməyənlərin ümidinə qaldığını görərik.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu gün bu insanlardan biri Tural Divanə adlı inanclı gəncin təşkilatçılığı ilə məhbus uşaqlarının Novruz bayramı münasibətilə əyləncəsi təşkil edilib.