Beynəlxalq İslami Vəhdət konfransı Tehranda işə başlayıb + Foto

27-ci İslami Vəhdət konfransı dünyanın 50 ölkəsindən gələn ziyalılar və din alimlərinin iştirakı ilə Tehranda işə başlayıb.
İRİB-nin verdiyi məlumata əsaən, konfransda dünyanın bir çox ölkələri, o cümlədən Malayziya, Rusiya, Yunanıstan, İraq, Livan, Səudiyyə Ərəbistanı, Tayland, Əlcəzair, İngiltərə, Amerika, Avstraliya, Uqanda, Tunis, Hollandiya, Qətər və Misir ölkələrinin ziyalıları, mütəfəkkirləri və din alimləri iştirak ediblər.
Üç gün davam edəcək 27-ci beynəlxalq İslami vəhdət konfransında müxtəlif mövzular, o cümlədən Quran baxımından İslami vəhdət, Quran mehvərliyi əsasında İslami Vəhdət, Quran kərim baxımından islam cəmiyyətlərinin hazırkı durumu kimi məsələlərin araşdırılması gündəmdədir.
İslami vəhdət əsasında Qurana əməl etmək zərurəti, Quran kərim təlimlərində vəhdətin yaranması üzrə rəftar etmək, müxtəlif təfsir metodları və onların İslami vəhdətin yaranmasında rolu, Fələstin məsələsi və onun İslam ümməti arasında mərkəziyyət mehvəri olduğu, təkfiriçilik barədə Quran kərimin mövqeyi və müsəlanların canları, malları və namuslarının mübah sayılması kimi məsələr, Tehranda keçirilməkdə olan 27-ci beynəlxalq islami vəhdət konfransının digər gündəmlərini təşkil edir.
İran prezidenti Həsən Ruhani isə bu gün (cümə 17 yanvar) konfransın açılış mərasimində çıxış edib.