Aktual

Qətlə yetirilmiş jurnalistin bacısı: “Elə bil heç belə bir iş olmayıb”

 İyulun 17-də Elmar Hüseynovun ad günüdür. Yaşasaydı, 46 yaşı tamam olacaqdı Elmarın. Hansısa tədbirin keçirilməsi planlaşdırılırmı?

– Adətən yubiley olanda tədbirlər təşkil edilir. Elmarın ad günündə onun məzarı həmişə ziyarət olunur. Yəqin ki, həmin gün məsləkdaşları və yaxınları yenə Elmarın qəbrini ziyarət edərlər. Bundan başqa nə tədbir ola bilər? Məzarına bir ölüm günündə gedirlər, bir də doğum günündə. Üstündən neçə illər keçib…

– Qətlin istintaqında yenilik varmı?

– Bu barədə bizə aidiyyəti orqanlardan heç bir məlumat verilmir. Elə bil heç belə bir iş olmayıb. Bəlkə də onlarda hansısa yenilik var, amma bizim bundan xəbərimiz yoxdur. Əvvəllər bir neçə dəfə bizi istintaqla bağlı çağırsalar da, sonra heç bir reaksiya olmadı. Təbii olaraq atam da bu durumdan bezdi, dedi ki, maraqlanmağın mənası yoxdur, onsuz da heç nə etmirlər.

– Atanız Sabir Hüseynovun səhhəti necədir?

– Atam yaşlı insandır. Səhhətində bir çox problem var. Bu yaxınlarda ağrıları tutmuşdu, bir neçə gün yataqdan qalxa bilmədi. Səhhəti getdikcə pisləşir. Düzdür, özü gəzir, özü durur, buna da şükür.

– Elmar Hüseynovun həyat yoldaşı və oğlu Aslandan məlumat ala bilirsinizmi?

– Elmarın yoldaşı bizimlə əlaqə saxlamır. O istəmir ki, Aslan bizi tanısın. Yəqin ki, Elmarın oğlunu Norveç vətəndaşı kimi böyüdəcək.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb. Jurnalistin ölümündən bir il sonra onun həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.(mediaforum)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button