Beynəlxalq Qarabağ Konfransına məqalələr qəbul edilir

Beynəlxalq Qarabağ Konfransının təşkilat komitəsi Qafqaz regionu üzrə bütün tədqiqatçı alimlərin uyğun mövzuda məqalələrini qəbul edir
Konfransın məqsədi
İranlı, qafqazlı və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssis alimlər arasında Qarabağ mövzusunda yekdil fikrin formalaşması
Qarabağla bağlı tarixi həqiqətlərin üzə çıxarılması
Dünyadakı müsəlman azərilərin Qarabağ konflikti ilə bağlı fikirlərinə aydınlıq gətirmək
Qarabağ konfliktinin yaranma və uzanması səbəblərinin araşdırılması
Qarabağ konfliktinin həllində İranın fəaliyyətlərinə bir baxış
Qarabağla bağlı regionda həmfikirlik və təzad zəminələrinin tədqiqi
Qarabağ haqqında nəql olunan tarixi məlumatların toplanması
Qarabağ konfliktinin nəticələrinin, bu problemdən gözləntilərin araşdırılması
Konfransın mehvərləri
Tarixi və coğrafi baxımdan
Səfəvilər dövründən bu günədək Qarabağın geopolitik və coğrafi mövqeyi
Tarixi sənədlərdə, mənbələrdə, səyahətnamələrdə, dastanlarda Qarabağ mövzusu
Qarabağla bağlı yekdillik və təzadların kökü
Səfəvilər dövründə Qarabağda baş verən hadisələr
Səfəvilərin süqutundan Qacarların gəlişinədək Qarabağ hadisələri
Rusiya-İran müharibəsində Qarabağın rolu və yeri
Çarizm və Musavat hökuməti zamanı Qarabağ hadisələri
Sovetlər Birliyi dövründə Qarabağ hadisələri
Azərbaycanın müstəqilliyindən bu günədək Qarabağın durumu
Qarabağ haqqında mənbələrin yenidən araşdırılması
Mədəniyyət və ictimai baxımdan
Səfəvilərdən bu günə qədər Qarabağda mədəni-ictimai dəyişikliklərdə din və məzhəblərin yeri və rolu
Səfəvilərdən bu günə qədər Qarabağın milli tərkibi
Qarabağ konflikti nəticəsində baş vermiş insani, mədəni-ictimai faciələr
İran ədəbiyyatında Qarabağ mövzusu
Qarabağ mövzusunda Azərbaycanda yaranmış fars və türk dilində nəzm və nəsr əsərləri
Qarabağda İran və İslam mədəniyyəti ilə bağlı memarlıq abidələri (mədrəsələr, məscidlər, karvansaraylar, qəbiristanlıqlar)
Qarabağın alimləri və məşhur insanları
Qarabağın himayəsini zəruri edən fiqhi əsaslar
Qarabağ hadislərində İslam alimlərinin rolu və yeri
Qarabağ hadisələrində Azərbayca Respublikasından olan ruhani-tələbələrin rolu
Qarabağın azadlığı yolunda şiə təlimləri, xalqın səfərbərliyinin, cihad və şəhadətin rolu
Qarabağ hadisələrinə münasibətdə İranın fəaliyyətlərinə Azərvbaycan Respublikası ziyalı və siyasilərinin baxışının araşdırılması, səbəblər və nəticələr
Siyasi və beynəlxalq əlaqələr baxımından
Qarabağın geopolitik və strateji xüsusiyyətləri
Qarabağ konfliktinin yaranması və davamı istiqamətində siyasi amillər
Azərbaycanın müstəqilliyindən bu günə qədər Azərbaycan Respubliksında müxtəlif hökumətlərin mövqe və fəaliyyətləri
Qarabağ konfliktinə münasibətdə Azərbaycanın müxtəlif partiya, ictimai-siyasi, dini cərəyanlarının mövqeyi və fəaliyyəti
Qarabağ konfliktinin həlli yolunda İranın fəaliyyətləri və bunun İranın milli mənafelərinə təsiri
Qarabağ konfliktinin İranın regional və beynəlxalq əlaqələrinə təsiri
Qarabağ konfliktində regionda siyasi oyunçuların, qonşuların, sionist rejimin, Minsk qrupunun, BMT-nin, İslam Həmkarlıq Təşkilatının rolu və mövqeyi
Qarbağ probeminin həlli yolları
Qarabağ konflikti ilə pantürkizm və panazərizm təfəkkürü arasında əlaqə
Qarabağla dünyanın müxtəlif qaynar nöqtələri arasındakı oxşarlıq və fərqlər
Qarabağ konflikti yaranandan Ermənistan-Azərbaycan əlaqələrinə bir baxış
Iqtisadi məsələlər baxımından
Qarabağın geoekonomik xüsusiyyətləri
Qarabağ konfliktinin Azərbaycan və Ermənistan iqtisadiyyatına təsiri
Qarabağ konfliktinin Cənubi Qafqaz ölkələri ilə qonşuları arasındakı ticari əlaqələrə təsiri
Qarabağ konfliktinin İran iqtisadiyyatına təsiri
Qarabağ konfliktində tərəflərələ region ölkələri arasında iqtisadi əlaqələrin tətbiqi müqayisəsi
Beynəlxalq Hüquqlarbaxımından
Qarabağ Münaqişəsinin Beynəlxalq Hüquqlarda Durumunun Araşdırılması
Qarabağ Münaqişəsinə Aid Beynəlxalq Hüquqi Sənədlərin Araşdırılması
Qarabağ Münaqişəsində İnsan Hüquqlarının Durumunun Araşdırılması
Konfransın tarixi:
Məqalələrin xülasəsinin qəbulu: 5 şəhrivər, 1392 ( 27 Aug, 2013)
Məqalələrin tam mətninin qəbulu: 15 mehr, 1392 (7 oktyabr, 2013)
Konfransın tarixi: 15 aban, 1392 (6 noyabr, 2013)
Məqalələrin dili:
Konfransa fars və azəri türkcəsində məqalələr qəbul edilir. Xarici ölkələrdən olan araşdırmaçılar rus və ingilis dillərində məqalə təqdim edə bilərlər.
Email:conference.garabag@tabrizu.ac.ir و Conferance.qarabag@yahoo.com