Beynəlxalq Qüds Günü İmam Xomeyni (r.ə) və Ali Rəhbər Xamenei cənablarının kəlamında

Maide.Az İmam Xomeyni (r.ə) və Ali Rəhbər Ayətullah Xamenei cənablarının Beynəlxalq Qüds Günü ilə bağlı kəlamlarını təqdim edir:
İmam Xomeyni (rəhmətullahi əleyh):
– Qüds Günü islami bir gün və ümumi İslam səfərbərliyidir. Mən ümidvaram ki, Qüds Günü “Ümumdünya Məzlumlar Partiyası”nın təşkili üçün müqəddimə olacaq.
– Qüds Günü məzlum xalqların taleyləri həll olmalıdır. Gərək məzlum xalqlar imperialist dövlətlər qarşısında öz varlıqlarını elan etsinlər
– Qüds Günü elə bir gündür ki, gərək hegemon dövlətlərə anladılsın ki, artıq onlar İslam ölkələrinə müsəllət ola bilməzlər.
– Mən Qüds Gününü, İslam günü və Rəsuli-Əkrəm (s) günü kimi dəyərləndirirəm. Qüds Günü biz öz qüvvələrimizi təchiz etməliyik və müsəlmanlar imperializmin onları çəkdiyi izolyasiyadan çıxmalıdırlar.
*** *** ***
Ali Rəhbər Xamenei:
– Özünüzü Qüds Günü mitinqinə hazırlayın. Qüds Günü önəmli və təyinedici günlərdəndir.
– Qüds Günü beynəlxalq bir gündür və yalnız Qüdsə məxsus olan bir gün deyil. Bu gün məzlumların imperialistlərlə mübarizə günüdür.
– Qüds Günü İslamın həyat günüdür. Bu gün İslamı dirçəltmək lazımdır.
– Fələstin azad olacaq. Bunda heç bir şəkk-şübhəniz olmasın.
– Qüds günü islami xarakter daşıyan, beynəlxalq miqyaslı, böyük və əhəmiyyətli bir gündür.