ArxivXəbər lentiXəbərlər

Biləcəridə Şahi Vilayətin mövludu qeyd edildi – Foto

Dünyanın hər bir yerində olduğu kimi, vətənimizdə də müsəlmanların 1-ci imamı həzrət Əlinin (ə) mövlud günləri böyük şövqlə qeyd olunub

Bu həftə əzində dünyanın əksər müsəlman ölkələrində əmirəlmominin Əli ibni Əbu-Talibin (ə) mövlud (doğum) günü münasibəti ilə müsəlmanlar bayram tədbirləri keçirildi. 

 İslamazeri.az-ın verdiyi xəbərə görə, aprelin 22-də Bakının Biləcəri qəsəbəsində mübarək mövlud münasibətilə bayram tədbiri keçirilib.

 Tədbir müqəddəs Qurani-Kərimin tilavəti və dövlət himnimizin ifası ilə başlanılıb.

Sonra ilahiyyatçı alim Hacı Fariz Xamədli çıxış edərək İmam Əli (ə) haqqında söhbət edib.

 Daha sonra “Muminun” ilahi nəğmələr qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilib. Məclisdə, həmçinin şair Vuqar Biləcəri də həzrət Əlinin (ə) şəninə yazılmış qəzəllər səsləndirib.

 Məclisin sonunda təşrif buyuran 300-dən artıq qonaq üçün nəzərdə tutulmuş ehsan süfrəsi açılıb,  tədbirdə iştirak edən Əli adlı hər kəsə hədiyyələr paylanılıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button