ArxivXəbər lentiXəbərlər

Biləsuvar sərhəd məntəqəsi `Ərbəin`lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

“Ərbəin” mərasiminin yaxınlaşması münasibəti ilə Azərbaycandan Kərbəlaya gedənlərin kütləvi turu başlayıb. Bu mənada xüsusi yük Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsinə düşüb.

FaktXeber.com-un məlumatına görə, bu münasibətlə gömrük gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Gömrük əməkdaşlarının məlumatına görə, dünən Kərbəlaya gedən 8 avtobus yola salınıb. Bu gün səhərdən etibarən isə artıq 15 avtobus yoxlanılıb və sərhədi keçib, daha 25 avtobus isə gözləmədədir.

Ümumilikdə zəvvarlar gömrçükçülərin  operativliyindən razılıq edirlər.

Qeyd edək ki, İmam Hüseynin 40 mərasimi bu il noyabrın 9-na təsadüf edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button