ArxivXəbər lentiXəbərlər

Biləsuvarda qəzaya düşən ziyarətçilərin adları məlum olub – FOTO (YENİLƏNİB)

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan zəvvarların adı məlum olub.

Hadisə nəticəsində 1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Əliyeva Gülxatun Etibar qızı, 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Qurbanova Yeganə Nəbi qızı xəsarət alıb.

G.Əliyeva bel nahiyəsindən, Y.Qurbanova isə baş-beyin nahiyəsindən travma alıb.

********

FaktXəbər-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Biləsuvar rayonunda zəvvarları daşıyan avtobus qəzaya düşüb. 30 zəvvarın olduğu avtobus minik avtomobili ilə toqquşub. Bir neçə sərnişin xəsarət alıb və Biləsuvar rayon xəstəxanasına yerləşdirilib.

Zəvvarlar Kərbəla ziyarətindən qayıdırmışlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button