Aktual

The Daily Telegraphda maraqlı araşdırma dərc olunub!..

The Daily Telegraph qəzeti İngilis Təhlükəsizlik İnstitutunun ( İTİ ) maraqlı bir araşdırmasını nəşr edib. Kəşfiyyat araşdırmaları nəticəsində əldə edilən məlumatlara görə, 83 ölkədən təxminən 100 min radikal islamçı 1.500 nəfərlik irili-xırdalı qruplar halında Suriyanın hər tərəfində Əsədə qarşı döyüşür.
Qəzet bu ölkələrdən gələn yaraqlıların canlı və ölü sayını ətraflı şəkildə yazıb.
Dünya tarixində bənzəri olmayan bu hadisə ABŞ-da baş versəydi, indi ölkə Allah bilir nə vəziyyətdə olardı. Çünki, bu 100 min adamın arxasında onlarla ölkə və onların beynəlxalq və regional kəşfiyyat təşkilatları durur!
Yaxşı, məqsəd nədir? Hər şey demokratiyaya görədirmi? Buna kim inanar? Bu ruhi xəstələri You Tubeda paylaşdıqları kadrlardan hər kəs tanıdı. Bu insanlardan və qruplardan demokratiya və azadlıq sözləri eşidən varmı? Bu insanların iş-gücü Allah adına boğaz kəsmək, uşaq, qadın və yaşlı demədən düşmən bildikləri hər kəsi öldürmək, qadınları qaçırıb təcavüz etmək, bomba yüklü maşınları partlatmaqla günahsız insanları öldürmək, ölkəni yandırıb yaxmaqdır…
Yaxşı ,bunu niyə edirlər?
Onlara görə, həqiqi İslam dövlətini qurmaq istəyirlər …
Bəs, bunlardan hansı doğrudur?
Əl-Qaidə yoxsa, Nusra?
Oxşar ideologiyaya xidmət edən hər iki təşkilatın üzvləri “gerçək olan bizik” deyir və insanları vəhşicəsinə öldürürlər!
Tək bir həqiqət var -bu qrupların tərəfində döyüşmək üçün Suriyaya gedənlərin hamısı ruhi xəstələr və aldadılmış insanlardır.
Əks halda heç bir din, ağıl və vicdan baş verənləri açıqlaya bilməz. Belə olduğu halda, kəşfiyyat qurumlarının işi asan olur. Qərb kəşfiyyatı öz ölkələrindəki bu ruhi xəstələrdən xilas olmaq üçün onların Suriyaya getmələrinə kömək edir və beləcə bir daşla bir neçə quş vurur.
Onların niyyəti xəstələrdən xilas olmaq, Əsədi zəiflədib İsrailin təhlükəsizliyini zəmanət altına almaq, Suriyanı və bölgəni pərişan etməkdir. Onlar bunu edərkən böyük bir həzz alırlar!
Xülasə, bu mücahidlərlə böyük bir layihə hazırlanıb. Zəka, qavrama və anlama imkanları sıfır olan, ruh ilə vicdanları arasında tarazlığın pozulduğu bu tiplər girdikləri oyunu başa düşməyəcək qədər axmaq olduqları üçün özlərini qəhrəman sanırlar.
Yaxşı, Ankara bu oyunun harasındadır?
AKP lap əvvəldən oyunun başındadır.
15 martda başlayan ilk nümayişlərdən iki ay sonra mayın 31-də AKP Suriya müxalifətini Antalyada topladı.
Suriyadan qaçan əsgərlərdən ibarət Azad Suriya Ordusu quruldu. ASO-ya ilk dəstək verən Liviya, Tunis və Səudiyyə Ərəbistanından gələn könüllülər oldu. Sonrası məlumdur.
Dünyanın dörd bir yanından on minlərlə bu qəribə tiplərin İstanbula gəlib, ordan da Hataya uçduqlarını bilməyən yoxdur. Hataydan isə ağır silahlarla Suriya girirlər. Bu mövzunun ən incə və gizli məlumatları Qərb mediasında nəşr olunmaqda davam edir.
Suriyada öldürülən bu ruhi xəstələrin yerinə hər gün yeniləri Hataya gəlir və Suriyaya gedir. PYD lideri Saleh Müslimin deyimiylə desək : “Orada yaralananlar sərhəddəki türk xəstəxanalarında müalicə edilir və təkrar geri göndərilir”.
İdeoloji baxımdan onlara nifrət bəsləməli olan İsrail belə, Suriya ordusu ilə döyüşlərdə yaralanan Nusra, Əl-Qaidə və ASO-nun terrorçularını öz xəstəxanalarında müalicə edir və sağ-salamat təkrar Suriya torpaqlarına geri göndərir.
Sonra , bəziləri çıxıb ‘haqq, hüquq, azadlıq və demokratiyadan danışır.
Özü də bunun üçün İslam adından istifadə edir …
Hüsnü Mahalli/Rasthaber

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button