ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Biləsuvarda suyun mənimsənilməsinə etiraz

İyulun 28-də Biləsuvar rayonunda bir qrup yerli sakin su problemilə bağlı rayon İcra Hakimiyyətinin binasının yerləşdiyi küçəni bağlamağa cəhd edib.

Qafqaz.ir-nin Turana istinadən verdiyi məlumata görə, polis aksiya iştirakçılarının bəzisini saxlayıb. Profilaktik söhbətdən sonra onları buraxıb.

Aksiyanın keçirilməsinə su qıtlığı və məmurların özbaşınalığı səbəb olub. Onlar mövqelərindən sui-istifadə edərək fermerləri əkin sahələrinin suvarılması üçün sudan məhrum edirlər. Məmurlar suyu öz sahələrinə və nəzarətlərində olan təsərrüfatlara yönəldirlər.

Problem məmurların Araz çayından gələn suyu faktiki olaraq mənimsədikləri üçün kəskinləşib. Çayda suyun səviyyəsinin azalması ilə vəziyyət daha da gərginləşib.

İsmətli kənd sakini İxtiyar Ağayev Turan-a bildirib ki, su qıtlığına görə pambıq, tərəvəz və buğda məhsulu məhv olub

Əkin sahələri susuz qalmış yerli sakin Nurlan Mirəli qeyd edib ki, rayon camaatı Biləsuvar Su İdarəsi və Cənub Muğan kanalının suyu bütünlüklı yerli məmurların əkis sahələrində istifadə olunur. Onun sözlərinə görə, məhz bu səbəbdən digər sakinlərin əkin sahələri susuz qalıb. “Bu məsələ araşdırlarsa, həmin məmurların 1000 hektarla əkin sahələrinin olduğu üzə çıxacaq. Onların qanunsuz olaraq otlaq sahələrini, Dövlət fonduna daxil olan torpaqları zəbt etdikləri də aşkarlanacaq. Yerli orqanlar bütün sahələri satıblar. Elə suyu da məmurlara, varlılara satırlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button