ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
FHN: “Zaqatala, Qəbələ və Oğuzda baş vermiş yanğınlar davam edir”

Zaqatala, Qəbələ və Oğuzda baş vermiş yanğınlar davam edir..
Bildirilib ki, Zaqatala rayonun Yuxarı Tala kəndi, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Başdaşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir. Yanğınların söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər iştirak edir.