ArxivXəbər lentiXəbərlər
Binə Ticarət Mərkəzi bağlanır? – Foto

Azərbaycanda manatın dollar qarşısında ucuzlaşması Binə Ticarət Mərkəzinə də öz təsirini göstərib.
Bazar günləri adətən sıxlıq olan Ticarət Mərkəzində bu dəfə seyrəklik müşahidə olunurdu. Bazarda qiymətlər artıq manatın yeni məzənnəsinə uyğunlaşdırılıb. Bir çox satıcı 50 faiz bahalaşmadan sonra bazarda müştərinin azaldığını deyir. Hətta köhnə qiymətə satılan mallar belə alıcılar üçün cəzbedici deyil.
Mövsümün sona çatması da bazara öz təsirini göstərir. “Adətən yanvar-fevral aylarında bazarda alıcı qıtlığı yaşanır” – satıcılar bildirirlər.
Onların sözlərinə görə, bazarın bağlanması barədə yayılan informasiyalar isə tamamilə əsassızdır. Bir çox satıcı bu cür informasiyaların bazarda alıcılıq qabiliyyətinə ciddi ziyan vurmasından şikayətlənir./axar/