İŞİD terror qruplaşmasının sıralarında 1800 Rusiya vətəndaşı döyüşür.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bildirib. “DİN-in hesablamalarına görə, İŞİD sıralarında 1800 Rusiya vətəndaşı döyüşür, 477 cinayət işi başlanıb”, – deyə o qeyd edib. Bundan əvvəl Rusiya Milli Antiterror Komitəsi Suriyada İŞİD terror qruplaşmasının sıralarında 800-1500 Rusiya vətəndaşının vuruşduğunu bildirib, onlardan 170 nəfərinin döyüşlərdə öldüyü qeyd olunub.