Ayətullah Xamenei: “Cəsarət və həqiqi iman Azərbaycan xalqın ən bariz xüsusiyyətidir”

İranın ali lideri Ayətullah Əli Xamenei Təbriz əhalisinin şah rejiminə qarşı ayaqlanmasının 32-ci il dönümü ilə əlaqədar Şərqi Azərbaycan vilayətinin nümayəndələri ilə görüşüb. Ali lider görüşdə Qərbin İrana tətbiq etdiyi sanksiyalardan, neft strategiyasından və Təbriz əhalisinin şah rejiminə qarşı çıxmasının əhəmiyyətindən danışıb.
qafqaz.ir/az-ın “Mehrnews” agentliyinə istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei bildirib ki, İran nüvə proqramı üzrə bütün şərtləri qəbul etsə belə, Qərb tətbiq etdiyi sanksiyaları dayandırmayacaq. O, bunun Qərbin İslam inqilabına müxalif olmasınına görə, olduğunu bildirib: “Onların bu sanksiyaları tətbiq etməkdə güddükləri ən mühüm hədəf, İran xalqını alçatmaq və İslam Cümhuriyyətinin yeni İslam svilizasiyasına doğru başlatdığı hərəkatın qarşısını almaqdır”
Ayətullah Xamenei, sözlərinin davamında İran iqtisadiyyatının xam neft satışına olan asılılığına da toxunub. O, neftdən gələn pulların ən asan yolla qazanılan pullar olduğunu bildirib: “Təəssüf ki, bəzi səlahiyyətli şəxslər də müxtəlif dönəmlərdə bu asan yolla qazanılan pul və gəlirdən istifadə etməyi tərcih edib. Əgər ölkə iqtisadiyyatı xalqın bacarıq və potensial və daxili istehsalı əsasında qurulub, inşa edilərsə, embarqo və neft qiymətlərinin düşməsinə görə, matəm saxlamağımıza və kədərlənməyimizə lüzum qalmaz”.
İslam inqilabı rəhbəri Təbriz xalqının 18 fevral 1978-ci il tarixində şah rejiminə qarşı ayaqlanmasından da danışıb. O, bu hadisənin böyük əhəmiyyət daşıdığını, mühüm işlərdə öncül olmağın, vaxtında hərəkətə keçməyin, cəsarət və həqiqi imanın Təbriz və Azərbaycan xalqının ən bariz xüsusiyyətlərindən olduğunu bildirib.