ArxivXəbərlər

Biz bütün şiələrə xəbərdarlıq edirik ki, Əli Sistani İraqdan çıxmalıdır

İŞİD İraqda bəyanat yayıb. Bəyanatda deyilir: “Müsəlmanlar bilsinlər ki, şiələr azğındırlar və onlar İslam dinindən çıxmışlar. İraq şiələrinin əsl mərkəzi Nəcəfdir. Nəcəfin özəyi mərcəiyyətdir. Hal-hazırda İraqda şiələriən mərcəsi Səfəvilərin nəslindən qalan Əli Sistani adlı bir şəxsdir. Biz bütün şiələrə xəbərdarlıq edirik ki, Əli Sistani İraqdan çıxmalıdır. Əgər belə olmazsa, biz onu öldürəcəyik”.
Bu təhdidamiz və həyasızcasına verilən bəyanata etiraz ələməti olaraq Nəcəf dini tələbələri bir saat dərslərini tətil edərək etiraz aksiyası keçiriblər.
Nəcəf qubernatorunun göstərişi ilə Ayətullah Seyid Əli Sİstaninin ev və ofisinin mühafizəsi gücləndirilib. Təhlükəsizlik orqanının bir əməkdaşı bildirib: “Hamı əmin ola bilər ki, xəbis vəhhabilərin çirkli əlləri bizim hörmətli mərcəimizə çatmayacaqdır.”
Xatırladaq ki, şiə ali dini alimlərinin düşmənlər tərəfindən dəfələrlə ölümlə təhdid edilsələr də, ancaq Allaha həmd olsun ki, düşmənlər qara və məkirli planlarını həyata keçir bilməyiblər. /nardaranpiri.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button