Azərbaycan Respublikası prezidenti deyib: Biznesə mane olmaq istəyən şəxslər xəyanətkar hesab olunurlar.
Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İlham Əliyev Eldar Mahmudovu Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsindən kənarlaşdırması ardınca əlavə edib: Bu gün Azərbaycan Respublikasında iqtisadi və biznes fəaliyyətinə mane olmaq istəyən şəxslər ölkəyə xəyanət edirlər.
Azərbaycan Respublikası prezidenti oktyabrın 25-də Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iqtisadi sahibkarlara qarşı ədalətsizliklər və onlardan qeyri-qanuni tələblərə toxunaraq bildirib: Bu hallara son qoyulacaq və bu halları törədənlərin cəzalandırılması üçün lazımi ölçülər götürüləcəkdir.
İlham Əliyev əlavə edib: Azərbaycan Respublikasnın inkişafı iqtisadi fəaliyyətlərin genişlənməsinə bağlıdır və hökumət bu sahədə siyasi iradəyə malik olduğu üçün dövlət qurumları onun qarşısında maneə yaratmamalıdırlar.
Bu məlumata görə, Eldar Mahmudovun Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsindən 17 oktyabrda kənarlaşdırılmasından indiyə qədər bu nazirliyin 13 yüksək səviyyəli rəsmisi vəzifəsindən kənarlaşdırılıb və onlar barəsində qanuni və hüquqi ölçülər götürülüb.