BMT-nin İnsan Hüquqları Şurasında general Qasim Süleymaniyə qarşı terror pislənib

Venesuela, Suriya, Kuba və İraq ölkələrinin BMT-nin İnsan Hüquqları Şurasında təmsilçiləri Amerikanın şəhid general Qasim Sülaymaniyə qarşı terror aktı həyata keçirməsini pisləyiblər.
Qafqaz Həqiqətləri xəbər verir ki, İnsan Haqları Şurasının iclasında Venesuela təmsiçisi deyib: “Biz 2018-ci ildə ölkəmizin prezidenti Nikolas Madoroya qarşı PUA-lardan geniş şəkildə istifadə olunduğunu bildik. Bir sıra terrorçu qruplar partlayıcı maddələrlə təchiz edilmiş 12 müasir PUA- vasitəsilə prezidentə qarşı terror aktı həyata keçirməyə təlaş edirdi. Bu, ilk dəfə idi ki, Amerikanın dəstəyi ilə PUA-dan istifadə etməklə bir ölkənin qanuni prezidentinə qarşı terror hadisəsi həyata keçirildi.”
O, əlavə edib: “Biz İran İslam Respublikasının general-leytenantı Qasim Süleymaniyə qarşı Amerikanın yanvar ayında həyata keçirdiyi qeyri-qanuni terror hərəkətini pisləyirik və bu hərəkəti insan haqları üzrə beynəlxalq qanunların açıq-aşkar pozulması sayırıq.”
Suriyanın BMT-nin İnsan Haqları Şurasında təmsilçisi öz çıxışında deyib: “Amerikanın şəhid general Qasim Süleymaniyə qarşı terror aktı həyata keçirməsi Vaşinqtonun dövlət terrorizmi idi.”
İran təmsilçisi bu iclasda deyib: “İraq Amerikanın şəhid general Süleymani və Əbu Məhdi Mühəndisə qarşı hücumu və terroru ilə bağlı BMT-nin Baş Məclisinə və Təhlükəsizlik Şurasına şikayət etmişdir.”
Kuba təmsilçisi də Cenevrədə baş tutan bu iclasda deyib: “Amerikanın şəhid general Qasim Süleymaniyə qarşı terror hərəkəti BMT-nin Nizamnaməsini və İraqın milli hakimiyyətini pozmaqdır.”