ArxivXəbər lentiXəbərlər
BÖHRAN: ERMƏNİLƏR SÜRƏTLƏ ÖLKƏNİ TƏRK EDİR

Bu il əmək miqrantlarının Ermənistana qayıtması belə ölkəni tərk edən vətəndaşların sayının artması prosesini azaltmayıb.
Bu barədə Ermənistanın “Çorrord İşhanutyan” bildirib.
“Bu ilin yanvar-noyabr aylarında yalnız hava yolu ilə Ermənistanı tərk edən və geri qayıtmayan ölkə vətəndaşlarının sayı 21 min 862 nəfər olub. “Zvartnoç” Beynəlxalq Hava Limanından xaricə gedən ermənilərin sayı 957 min 826 nəfər, ölkəyə geri qayıdan şəxlərin sayı isə 938 min 981 nəfər olub. Gümrü şəhərində yerləşən “Şirak” aeroportundan isə 18 min 882 nəfər ölkə xaricinə çıxıb, 15 mçin 865 nəfər isə geri qayıdıb”. /azvision.az/