ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda marixuananın leqallaşması və çadranın qadağan olunması əleyhinə konfrans keçirildi

Gürcüstanda marixuananın leqallaşması və çadranın qadağan olunması əleyhinə konfrans keçirilib.

İslamazeri.com xəbər verir ki, mətbuat konfransında Gürcüstanda marixuananın leqallaşması və çadranın qadağan olunması təklifinin əleyhinə fikirlər səsləndirilib

“Mtavari” media mərkəzində keçirilən Mətbuat konfransında Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Müxtəlif Medya və Kütləvi İnformasiya Vasitələrinin suallarını cavablandırıb.

O, sözlərində qeyd edib ki, Konstitusiya Məhkəməsinin marixuana haqda qərarı müsəlman icmasının narahatçılığına səbəb olub. “Marixuananın leqallaşması halı ölkədə narkotik istifadəçilərinin kütləvi artımına səbəb ola bilər. Çünki marixuanadan istifadə narkomanlıq yolunda ilk addımdır. Onun ardınca narkotikin daha təhlükəli növlərindən istifadə dövrü başlayır.” “İslam dinində spirtli içkilər kimi narkotik də haram hesab olunur. Ondan istifadə edən ilə satıcısı və becərib hazırlayanı da eyni ilə günahkar hesab olunur.”

“Əgər belə davam edərsə ölkə gəncləri onun təhlükəsini ciddiyə almayıb onun və digər növlərinin aludəçisinə çevrilə bilər. Nəticədə isə Gürcüstan gəncliyi zərərli vərdişlər və əyləncələrlə məşğul olmaqla elmi, fikri və sosial inkişaf sahəsində tənəzzülə uğrayacqdır.” O hesab edib ki, onun tibbi və kosmetik məqsədlər üçün olsa da belə xaricə eksportu xeyirindən qat-qat çox ictimaiyyətə zərərlər gətirəcəkdir. Eyni zamanda ölkəmizin beynəlxalq imicinə də zərbə vuracaqdır.

Sonra GMİ-nin şeyxi Çadra haqda qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə təklif irəli sürən “Patriotlar alyansı” fraksiyasının üzvü Emzar Kvitsianinin fikrinə münasibət bildirib.

O sözlərində bildirib ki: “Çadra hicabın bir növü hesab olunur. Örtünmək də İslamın qanunu olduğu kimi digər dinlərdə də belədir. Çadraya bənzər geyim tərzinə elə xristian və yəhudi dinlərində də rast gəlinir. Əgər bir xanım hesab edirsə ki, o, hicablı olmaq üçün çadrada gəzməlidir, bu onun seçim və hüququdur. Ona görə də hicaba qarşı hər hansı təzyiqləri normal hesab edə bilmərik. Bu həm insan hüquqlarına ziddir və eyni zamnda da din və inanc azadlığına qarşıdır.”

“Qadağan etməklə ölkəmizə müsəlman ölkələrindən gələn müəyyən turistlər də sərbəstliyi əllərindən alındığndan ölkəmizə səfər etməzlər. Beləliklə də ölkə turiziminə də müəyyən xələl gətirilə bilər”. O sonda bu olduqca həssas məsələdə dövlətin diqqətli davranmasına və müsəlman xanımların inanc və seçimlərinə hörmətlə yanaşmasına və ölkə parlamentini hicabın bu növünə qadağa ilə bağlı qanunun qəbul etməməsinə çağırdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button