Böyük İnqilab Rəhbərinin müqəddəs müdafiə həftəsi ilə bağlı önəmli bəyanatları

İslam İnqilabının Böyük Rəhbəri fədakarlar və onların ailələrinin fədakarlığı və səbirli olmasını İran xalqının izzət və başucalığının başlıca amili adlandırıblar.
Həzrət Ayətullahülzma Xamenei cümə axşamı günortadan sonra “Müqəddəs Müdafiə Həftəsi” münasibətilə bir bəyanat yayaraq, şəhidlər və fədakarların fədakarlıqlarını yüksək qiymətləndiriblər.
İnqilab Rəhbərinin bəyanatında deyilir: İran xalqı şəhidlərin qəhrəmanlığı, azadələr və veteranların səbir və dözümlülüyü, onların ailələrinin böyüklüyü və fədakarlığı sayəsində izzətin zirvəsinə yüksəlməyi bacardı.
Həzrət Ayətullahülüzma Xameneinin, şəhidlərin məzarlarının tozlardan təmizlənməsi, gül-çiçək ilə bəzədilməsi və xoş rayihələr ilə ətirləndirilməsi mərasimi ilə bir vaxtda yayımlanan və Tehranın “Beheşte Zəhra” şəhidlər gülüstanında qiraət edilən bəyanatında daha sonra deyilir: Şəhidlərin anılması və onların adlarının yad edilməsi, onların özündən daha çox, bu misilsiz gövhərləri yetişdirən xalqı başıuca edir.
İslam İnqilabının Böyük Rəhbəri şəhidlərin xatirəsinin yad edilməsinin onlara minnət qoymaq olmadığını vurğulayaraq, deyiblər: Öz parıltısı ilə bizə başıucalıq gətirən, bizi nurlandıran və bununla da bizə minnət qoymuş olan elə şəhidlərdirlər.
İnqilab Rəhbəri bəyanatlarının sonunda şəhidləri, veteranları, azadələrı və onların fədakar və səbirli ailələrini alqışlayıblar.
irib.ir