Bu gün müsəlmanların 11-ci imamı Həzrət İmam Həsən Əskərinin (ə) doğum tarixidir.
Qafqaz.ir-ın məlumatına görə, İmam Həsən Əskəri (ə) hicri-qəməri tarixi ilə 232-ci il rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.
İmam Həsən Əskərinin (ə) atası İmam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
O Həzrət (ə) hicrətin 260-cı ili rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.
İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.